Rafael şəhid Müşfiqin son səs yazısını yaydı - AUDİO

12:36 - 27 Sentyabr 2022 - Cəmiyyət

Əməkdar artist Rafael İsgəndərov II Qarabağ müharibəsində iki oğlu ilə birlikdə döyüşlərdə iştirak edərək şəhid olan Müşfiq Abbasovun son səs yazısını yayımlayıb. 

Ucnoqta.az xəbər verir ki, aktyor videoya bu sözləri yazıb:

“Bu gün 27 Sentyabr - Anım Günüdür. Bu gördüyünüz şəkillər, videoda olan səsyazma mənim şəhid olmuş dostum Müşviq Abbasova aiddir. Səsdən də məlumdur ki, onun ən böyük arzusu doğulduğu Abdal-Gülablı kəndinə qovuşmaq idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Xəbər xətti