Ana səhifə Mobil versiya
26 Sentyabr 2022

Metroya giriş məhdudlaşdırılacaq - VİDEO

Son günlər yeraltı nəqliyyatdan  istifadə edən hər kəs metroda sıxlığın artdığından, hətta hərəkət etməyin çox çətin olmasından şikayətlənir. Bakı Metropoliteni də vəziyyəti təsdiq edir. Bəs vəziyyətdən çıxış yolu nədir? 

Hər gün minlərlə insan metrodan bu vəziyyətdə istifadə edir.
Sərnişinlər bildirir ki, son günlər vəziyyət bir qədər dəyişib. Hətta elə olur ki, sıxlıq ucbatından metroya daxil ola bilmirlər.

Sərnişinlər bildirir ki, hətta sıxlığa görə halı pisləşənlər də az olmur.

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov da son günlər metroda sıxlığın daha çox artdığını təstiq edir. Onun sözlərinə görə buna səbəb ümumilikdə şəhərdəki sıxlığın artmasıdır.

Bəxtiyar Məmmədovun sözlərinə görə sıxlığı aradan qaldırmaq üçün görüləcək işlərdən ən əsası yeni stansiyaların tikintisidir.

Metropoliten sözçüsünün sözlərinə görə əgər son günlərdəki sıxlıq biraz da davam edərsə platformalardakı insan yükünü azaltmaq üçün stansiyalara girişin məhdudlaşdırılmasına başlanılacaq. Vaqonlar arasındakı 2 dəqiqəlik məsafəyə uyğun sərnişinlərin stansiyalara az-az buraxılması təmin ediləcək.

Tarix
23 Sentyabr 2022 [07:36]
Müəllif
Üç nöqtə
2022-09-23 07:36:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin