Ana səhifə Mobil versiya
26 Sentyabr 2022

Ukraynadan ərzaq daşıyan gəmilər İsrail və Türkiyəyə çatıb

Ukraynadan 65 min ton qarğıdalı daşıyan "Yasa Team" gəmisi İsrailin Hayfa şəhərinə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə "Marine Traffiс" servisindən bildirilib.

Məlumata görə, "Yasa Team" gəmisi İsrail limanından təxminən dörd dəniz milində lövbər salıb. Bundan əlavə, 5,5 min ton buğda daşıyan "T-Med" gəmisi Türkiyənin Samsun şəhərinə gəlib. 27 min ton buğda daşıyan "Glory Dina" quru yükdaşıyıcısı da Türkiyədə təyinat yerinə çatdı, gəmi İskəndərun limanı yaxınlığında lövbər salıb.

Bundan əlavə, 6,3 min ton günəbaxan yağı daşıyan "Ata Ocean" gəmisi Türkiyə sahillərinə çatıb və Dörtyol şəhərindən təxminən iki dəniz mili aralıda lövbər salıb.

Tarix
22 Sentyabr 2022 [23:44]
Müəllif
Üç nöqtə
2022-09-22 23:44:20
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin