Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 7,75% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.
Ucnoqta.az xəbər verir ki, faiz dəhlizinin aşağı həddi 4%, yuxarı həddi isə 9,25% səviyyəsində saxlanılıb.
AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı oktyabrın 28-də ictimaiyyətə açıqlanacaq.