Avropada təbii qaz bahalaşıb

12:39 - 15 Sentyabr 2022 - İQTİSADİYYAT

Avropada təbii qazın qiyməti 7 %-dən çox bahalaşaraq 1000 kubmetr üçün 2400 ABŞ dollarını ötüb.

Bu barədə “Report” Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.

Avropanın ən likvid habı olan TTF-də (Niderland) “mavi yanacağ”ın oktyabr fyuçerslərinin qiyməti ticarətə 1000 kubmetr üçün 2286,3 dollar səviyyəsində başlasa da, daha sonra 2421 dollara qalxıb.

Xəbər xətti