Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən Yasamal rayon İkinci Yaşayış Kompleksi üzrə mənzillərin satışı başlayıb.
Ucnoqta.az xəbər verir ki, mənzillərin satışı ilə bağlı sistemdə probemlər yaranıb. Saat 11:00-da start verilən seçim prosesində sistemə giriş mümkün olmayıb. İstifadəçilər mənzil seçimi edə bilməyiblər.
Məlumata görə, bu barədə MİDA açıqlama yayacaq.