Şəhid Üzeyir Əliyev Göygöldə dəfn olundu

18:28 - 14 Sentyabr 2022 - Cəmiyyət

Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində şəhid olan Üzeyr Sabir oğlu Əliyev dəfn olunub.

"Report"un məlumatına görə, Gəncənin Qızıl qaya qəsəbəsində şəhid - 1993-cü il təvəllüdlü Üzeyir Sabir oğlu Əliyevlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri ilə yanaşı ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, rəsmi şəxslər iştirak ediblər.

Daha sonra şəhid Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Xəbər xətti