Azərbaycan nefti bahalaşıb

09:32 - 13 Sentyabr 2022 - İQTİSADİYYAT

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,5 ABŞ dolları və ya 2,63% artaraq 97,6 dollar təşkil edib.


Hərraclarda "Brent” markalı neftin oktyabr fyuçersləri 93,73 ABŞ dollara satılıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər xətti