Əvəz Zeynallının ittiham olunduğu maddə məlum olub

23:27 - 10 Sentyabr 2022 - Xəbər

 “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc canlı yayımda məlumat verib.

O bildirib ki, Əvəz Zeynallıya Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) maddəsilə ittiham irəli sürülüb. Bu maddə ilə onu 8 ildən 12 ilədək həbs cəzası gözləyir. 

Vəkilinin sözlərinə görə, Əvəz Zeynallı özünü təqsirli bilmir.

Xəbər xətti