Dünyanın ən bahalı dərmanı

13:29 - 9 Sentyabr 2022 - Leykoz

Avqustun 17-də ABŞ Qida və Dərmanlara nəzarət İdarəsi (FDA) böyüklərdə beta-talassemiyanın gen terapiyası üçün nəzərdə tutulan Bluebird Bio-nun Zynteglo (betibeglogene autotemcel) dərmanını təsdiqləyib.

Ucnoqta.az xəbər verir ki, dərmanın bir paketinin qiymətinin 2,8 milyon dollar olacağı gözlənilir. Bu dünyada dərman üçün ən yüksək qiymətdir.  Hazırda ən bahalı dərman kürək əzələlərinin atrofiyasının müalicəsi üçün nəzərdə tutulan Zolgensma dərmanıdır. Bu dərmanın qiyməti 2,1 milyon dollardır.

Xəbər xətti