Paris-Sinqapur təyyarəsi Bakıya təcili eniş etdi

08:39 - 9 Sentyabr 2022 - Cəmiyyət

Paris-Sinqapur təyyarəsi Bakıya təcili eniş edib. Bu barədə Ucnoqta.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat xidmətindən bildirilib. “Singapore Airlines” aviaşirkətinin Paris-Sinqapur reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. “Boeing B777” təyyarəsi yerli vaxtı ilə saat 06:26-da Bakı hava limanında eniş edib. Reysin sərnişinləri Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksində yerləşdirilib.

Xəbər xətti