Ağsuda itkin düşən qadın Sulutəpədə tapıldı

18:05 - 7 Sentyabr 2022 - Cəmiyyət

Ağsuda itkin düşən qadın tapılıb.

Ucnoqta.az xəbər verir ki, bir neçə gün öncə itkin düşməsi barədə ailəsi tərəfindən polisə müraciət olunan Gülnişan Səfərlinin yeri müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, 28 yaşlı xanım Bakıda, Sulutəpə qəsəbəsində tanışının evində tapılaraq ailəsinə təhvil verilib. O, tapılarkən sağ-salamat olub.

Qeyd edək ki, onunla eyni gündə itkin düşən 33 yaşlı Aybəniz Abdullayevanın atası Nazim Əliyev tərəfindən qətlə yetirildiyi məlum olub.

 

Xəbər xətti