Azərbaycanda uşaq bağçalarında kameralar quraşdırılacaq

14:37 - 7 Sentyabr 2022 - Xəbər

“Uşaq bağçalarına kameralar quraşdırılacaq. Bu, həm davranış, həm də uşaqların sayına nəzarət baxımından çox vacibdir”. 

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, bağçalarda kameraların quraşdırılması xoşagəlməz halların qarşısının alınmasında effektiv rol oynayacaq:

“Bu, mərkəzləşdirilmiş qaydada olmamalıdır. Bağçaların internetə çıxışı da təmin olunmalıdır ki, sistem qurmaq mümkün olsun”.

Xəbər xətti