Sertifikasiyadan keçməyən müəllimlər işdən çıxarılacaqlar - RƏSMİ

13:52 - 7 Sentyabr 2022 - Xəbər

Yeni tədris ili başlayana qədər müəllimlərin sertifikasiya imtahanının müsahibə mərhələsinin keçirilməsi planlaşdırılır.

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, artıq müsahibə komissiyaları yaradılıb:

"Müsahibə bəzi müəllimlərlə ənənəvi, bəziləri ilə isə onlayn formada aparılacaq. Çalışacağıq ki, müəllimlər bu ay əlavələrini ala bilsinlər".

Nazir qeyd edib ki, zəif nəticə göstərən müəllimlər üçün növbəti ildə sertifikasiya imtahanı keçiriləcək:

“Təşkil ediləcək təkmilləşdirmə kursları onlara kömək olacaq, həm həyacanlarını dəf edə biləcəklər, həm də lazım olan 3-5 balı toplayacaqlar. Müəllim ikinci mərhələdə uğur qazanmasa və üzrsüz səbəbdən iştirak etməsə, onların əmək müqaviləsinə xitam vermək məcburiyyətində qalacayıq. Bu qanunvericiliyin tələbidir”.

Xəbər xətti