Sertifikasiyada aşağı nəticə göstərən rayonların adı açıqlandı

13:06 - 7 Sentyabr 2022 - Cəmiyyət

“Bu il dörd regionda keçirilən sertifikasiya imtahanında 98 faiz müəllim iştirak edib".

Ucnoqta.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.

Nazir qeyd edib ki, Daşkəsən, Samux, Goranboy və Göygöl üzrə sertifikasiyada iştirak edən müəllimlər daha aşağı nəticə göstərib.
O bildirib ki, həmin rayonlar IX sinif buraxılışlarında da ən zəif nəticə göstərən bölgələrdir: "Biz burda bir-birimizi günahlandırmamalıyıq. Dəyişikliyin kökü burdadır".

Xəbər xətti