Azərbaycanlı dirijor Fazil Əliyev vəfat edib.
Ucnoqta.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yaxınları sosial şəbəkələrdə paylaşımlar ediblər.
Bildirilib ki, o, 77 yaşında ABŞ-ın Nyu-Cersi ştatında dünyasını dəyişib.
Məlumata görə, Əməkdar incəsənət xadiminin ölümünə uzun sürən xəstəlik səbəb olub.