Qusarda ər 29 yaşlı arvadını qətlə yetirib

13:15 - 6 Sentyabr 2022 - Xəbər

Qusar rayonunda meyt tapılıb.

Hadisə şəhər mərkəzində qeydə alınıb. Belə ki, Qusar rayon sakini 1995-ci il təvəllüdlü Əlifxanova Ellada Rauf qızı yaşadığı evdə ölü tapılıb.

İlkin məlumata görə E.Əlifxanova ailə münaqişəsi zəmnində həyat yoldaşı tərəfindən öldürülüb.

Onun ölümündə şübhəli bilinən onun həyat yoldaşı Əlifxanov Zedik Muxtar oğlu saxlanılıb.

Ellada Əlifxanovanın meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.///report

Xəbər xətti