"Havada toz dumanı müşahidə edilir" - ETSN

11:19 - 5 Sentyabr 2022 - Xəbər

Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ucnoqta.az xəbər verir ki, bu barədə Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O qeyd edib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir: “Dispers toz hissəcikləri Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir”.

Xəbər xətti