TƏBİB Lerikdə qəzada xəsarət alanlar barədə məlumat yaydı

18:16 - 4 Sentyabr 2022 - Cəmiyyət

Lerik rayonunun Günəşli kəndində baş verən yol qəzası ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lerik, Lənkəran və Masallı Rayon Mərkəzi Xəstəxanalarının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub. Bu haqda Ucnoqta.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, qəza nəticəsində xəsarət alanlardan 3 nəfər Lerik Rayon Mərkəzi Xəstəxanasına, 5 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onlara tibbi yardım göstərilir. Xəsarət alanların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcək.

Xəbər xətti