Bakıda bu marşrut xəttinin fəaliyyəti dayandırılır

17:05 - 3 Sentyabr 2022 - Xəbər

Sentyabrın 5-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə (NMM) Mərdəkan çimərliyini (Şüvəlan – Buzovna yolu) əlaqələndirən M10 nömrəli mövsümi marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bu barədə Ucnoqta.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Agentliyin müvafiq tapşırığına əsasən bu xətt üzrə istismarda olan avtobuslar “BakuBus” MMC-yə həvalə edilən digər xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək.

Xəbər xətti