Azərbaycan nefti ucuzlaşdı

10:50 - 2 Sentyabr 2022 - Xəbər

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb.

Ucnoqta.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 4,07 ABŞ dolları, yaxud 4,1% azalaraq 95,60 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Xəbər xətti