Neft yenidən ucuzlaşıb

10:37 - 22 Avqust 2022 - İQTİSADİYYAT

Dünya bazarında neft ucuzlaşmaqdadır. “Report” “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin oktyabr fyuçersləri 1,31% və yaxud 1,27 ABŞ dolları ucuzlaşaraq 95,45 ABŞ dollarına satılıb. Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin oktyabr fyuçerslərinin qiyməti isə 1,39% və ya 1,26 ABŞ dolları azalaraq 1 barel üçün 90,77 ABŞ dolları təşkil edib. İnvestorlar İran neftinin bazara qayıtması perspektivlərini qiymətləndirirlər. Bazar iştirakçılarının diqqəti İran ilə nüvə sazişi üzrə danışıqlara da yönəlib.

Xəbər xətti