Xocalıda yol qəzası olub - ölən var

12:08 - 18 Avqust 2022 - HADİSƏ

Xocalıda ağır yol qəzası baş verib.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən xəbər verir ki, avqustun 17-i saat 8 radələrində rayonun Çanaqçı kəndi ərazisində Bakı şəhər sakini Bəhruz Zeynalov idarə etdiyi “Mercedes” avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti