Polis axtarışda olan 78 nəfəri saxladı - DİN

Avqustun 10-da ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Məlumata görə, narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Cinayət törətməkdə şübhəli bilinən 74 nəfər saxlanılıb.
 

Tarix
11 Avqust 2022 [10:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-11 10:06:23
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin