Gəncədə anbar yandı

15:20 - 10 Avqust 2022 - HADİSƏ

Gəncə şəhərində ümumi sahəsi 500 m² olan anbarın tavan örtüyü 30 m² sahədə yanıb.

Ucnoqta.az FHN-in saytına istinadən xəbər verir ki, anbarın qalan hissəsi, içərisində olan 15 ton məhsul yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xəbər xətti