“Səfirliyə hücum zamanı polis öz vəzifələrini yerinə yetirməyib”

“Fikrimcə Londonda Azərbaycan səfirliyinə radikalların hücumu zamanı polisin reaksiyası çox gec və qeyri-kafi olub”.

Bunu APA-nın Britaniya bürosuna açıqlamasında britaniyalı jurnalist Neil Vatson deyib.
O bildirib ki, polis bir dövlət orqanı olaraq, Böyük Britaniyada yaşayan və işləyən hər kəsə qayğı göstərməyə borcludur: “Polis, həmçinin bütün səfirlikləri və diplomatları qorumaq məsuliyyəti daşıyır. Bu, faktiki olaraq Azərbaycana hücum idi. Fikrimcə polisin reaksiyası çox gec və qeyri-kafi olub və onlar öz vəzifələrini yerinə yetirməyiblər”, - jurnalist açıqlamasında vurğulayıb.

Neil Vatson qeyd edib ki, radikal qrupun üçüncü şəxslər tərəfindən təhrik olunma ehtimalı var və bu həm də kəşfiyyat xidmətlərinin islam terrorizmi ilə bağlı uğursuzluğa düçar olduğunu göstərir.

Tarix
5 Avqust 2022 [16:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2022-08-05 16:38:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin