Gömrükdə daha bir general işdən çıxarıldı - FOTO

14:52 - 5 Avqust 2022 - Xəbər

Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Təmkin Xəlilov təqaüdə göndərilib.

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, müvafiq əmri Dövlət Gömrük Komitəsinin sədr vəzifəsini müvəqqəti icra edən, sədrin birinci müavini Şahin Bağırov imzalayıb.

Onun barəsində qurumun rəsmi saytındakı məlumat da silinib.
Qeyd edək ki, T. Xəlilov bu vəzifəyə 2018-ci ildə təyin olunmuşdu.


Xəbər xətti