Cəlilabadda yol qəzası olub, biri azyaşlı olmaqla iki nəfər xəsarət alıb

14:48 - 5 Avqust 2022 - HADİSƏ

Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Cəngan kəndi ərazisində qeydə alınıb.


Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində kənd sakinləri, 1965-ci il təvəllüdlü F.Məmmədov və 2014-cü il təvəllüdlü Y.Məmmədli xəsarət alıb.

Yaralılar rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti