Salyanda avtombil aşıb, ölən və yaralananlar var

13:01 - 5 Avqust 2022 - HADİSƏ

Salyan rayonunda avtombil aşıb, ölən və yaralananlar var.

Hadisə yeni Ələt-Astara magistral yolunun rayon ərazisindən keçə hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Pajero” markalı avtombil anidən idarəetmədən çıxıb və yolun kənarındakı dərəyə yuvarlanıb.

İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti