Tanışından işə düzəltmək adı ilə pul alan şəxsə cinayət işi açılıb

Ağdaş rayon sakini, 1987-ci il təvəllüdlü Pərvin Əliyevin işə düzəltmək adı altında tanışının pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə rayon prokurorluğunda araşdırma aparılıb.

Ağdaş Rayon Prokurorluğunda aparılan araşdırmalarla Pərvin Əliyevin tanışına oğlunun dövlət qurumuna  köçürülmə qaydasında  işə düzəldilməsində köməklik göstərəcəyi vədi verib ümumilikdə onun 7 min 500 manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı  Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Tarix
5 Avqust 2022 [11:10]
Müəllif
Üç nöqtə
2022-08-05 11:10:06
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin