"Qisas"a görə “Sputnik-Azərbaycan”ın redaktorları istefa verdi

“Sputnik-Azərbaycan”ın rus dili versiyasının buraxılış redaktorları "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya  Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina edərək dünən tam tərkibdə istefa veriblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Sputnik-Azərbaycan”ın redaktorları sosial şəbəkədə məlumat yayıblar.

Zülfiyə Qurbanova, Cəmilə Əfəndiyeva, Yelena Starostina, Gülzar Mustafayeva Feysbukda paylaşımlarında Azərbaycan vətəndaşları olaraq "Sputnik"də Azərbaycanın maraqlarını bacardıqca qoruduqlarını, buna gücləri çatmadıqda isə istefa verəmək məcburiyyətində qaldıqlarını yazıblar.

“Beləliklə, nəzərinizə çatdırıram ki, bu gündən “Sputnik Azərbaycan” ilə yollarım ayrılıb. Mən və bəzi həmkarlarım Azərbaycanın mövqeyini müdafiə edərək mümkün olan və olmayan hər şeyi etdik. Mən bir Azərbaycan Respublikasının vətəndaşı kimi buradakı işimdən utanmıram, vicdanım hər şeydə təmizdir. Bizi əymək istəyəndə biz də buna son qoyub getdik. Gözəl ov idi”, - “Sputnik Azərbaycan”ın redaktoru Gülzar Mustafayeva qeyd edib.

“Bu qədər! Bu gündən mənim “Sputnik Azərbaycan”la heç bir əlaqəm yoxdur. Orada qalanlara (hamısına deyil) uğurlar!”, - “Sputnik Azərbaycan”ın redaktoru Zülfiyyə Qurbanova yazıb.

Qeyd edək ki, həmkarlarımızın "Qisas" əməliyyatı zamanı Azərbaycanın atəşkəsi pozduğunu iddia edən Rusiya Müdafiə Nazirliyinin məlumatını verməkdən imtina etdikləri üçün insident yarandığı bildirilir.

Tarix
5 Avqust 2022 [10:30]
Müəllif
Üç nöqtə
2022-08-05 10:30:39
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin