Çerçesov oyundan sonra Qurbanova nə dedi?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Ferentsvaroş"la Bakıda keçirilən oyundan (1:1) sonra rəqib komandanın baş məşqçisi Stanislav Çerçesovla aralarındakı dialoqdan danışıb.

Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, Qurbanov rusiyalı məşqçi ilə Ovusu Kvabenanın epizodu ilə bağlı danışdıqlarını bildirib: 

"Kiçik dialoq oldu. Emosiyalara görə, elə görünürdü ki, hirslənmişdi. Amma hirslənməmişdi. Ovusunun epizodu ilə bağlı danışdıq. Bildirdi ki, topu qapıya vurmaq istəyirdi. Dedim ki, narahat olma, qol olsaydı, biz də buraxacaqdıq".

Qeyd edək ki, sözügedən epizodda Kvabena topu rəqibə qaytarmaq istəyərkən "Ferentsvaroş"un qapısı qarşısında təhlükəli vəziyyət yaranıb.

Tarix
4 Avqust 2022 [09:55]
Müəllif
Üç nöqtə
2022-08-04 09:55:31
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin