Cari ilin 6 ayı әrzindә ölkә daxilindә ödәniş kartları ilә aparılmış әmәliyyatların ümumi hәcmi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 54.5 faiz artaraq 24.6 milyard manat, o cümlәdәn nağdsız ödәnişlәrin hәcmi 2.2 dәfә artaraq 9.9 milyard manat olub.
Mərkəzi Bankdan Ucnoqta.az-a bildirilib ki, ödәniş kartları ilә aparılmış ölkәdaxili әmәliyyatlarda nağdsız hesablaşmaların xüsusi çәkisi 2021-ci ilin analoji dövrü ilә müqayisәdә 12.2 faiz bәndi yüksәlәrәk 40.4 faiz bәrabәr olub.