Sahibkarlığın İnkişafı Fondu 41 mindən çox layihə maliyyələşdirib
Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.“Layihələrin 90,7 faizi kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 milyard manat vəsait ayrılıb. Şamaxı rayonunda heyvandarlıqla məşğul olan sahibkar Tamilla Vəliyeva-Rabbath öz təsərrüfatını genişləndirmək məqsədilə 2021-ci ildə Fonddan 300 min manat güzəştli kredit əldə edib”, - deyə nazir qeyd edib.