İstanbulda taxıl ixracına dair saziş imzalanıb
17:09 - 22 İyul 2022 - İQTİSADİYYAT
Ukrayna, Türkiyə və BMT arasında Ukraynadan taxıl ixracına dair saziş imzalanıb.
“Report” xəbər verir ki, imzalanma mərasimi İstanbulda keçirilib.
Sənədi Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov, Türkiyənin müdafiə naziri Hulusi Akar və BMT-nin baş katibi Antonio Quterreş imzalayıblar.
Analoji sənədi bu gün Türkiyə, BMT və Rusiya nümayəndələri də imzalayacaq.
Qeyd edək ki, sənəd Ukrayna taxılının Qara dənizdən maneəsiz ixracını nəzərdə tutur.