ARDNF-in builki büdcəsində dəyişiklik edilib

16:19 - 22 İyul 2022 - İQTİSADİYYAT

Prezident İlham Əliyev Dövlət Neft Fondunun (ARDNF) 2022-ci il büdcəsi haqqında 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.

Ucnoqta.az xəbər verir ki, dəyişikliyə əsasən, Fondun builki gəlirləri ilə bağlı proqnoz 5 199,4 milyon manat və yaxud 9,4% artırılaraq 10 589,7 milyon manatdan 15 789,1 milyon manata çatdırılıb, builki xərcləri ilə bağlı proqnoz isə 1 192,6 milyon manat və yaxud 9,3% azaldılaraq 12 789,7 milyon manatdan 11 597,1 milyon manata endirilib.

Son nəticədə ARDNF-in büdcəsinin qalığı 4 192 milyon manat təşkil edəcək ki, bu da onun aktivlərinin təxminən 2,5 milyard ABŞ dolları artmasına şərait yaradacaq (qüvvədə olan proqnoz 2,2 milyard manat kəsir olub).

Bundan başqa, ARDNF-dən büdcəyə builki transfertlər 1 192,5 milyon manat və yaxud 9,4% azaldılaraq 12 710 milyon manatdan 11 517,5 milyon manata endirilib.

Xəbər xətti