Dollar lirə qarşısında 0.28% bahalaşaraq 17.47 lirəyə çatıb.
Ucnoqta.az xəbər verir ki, avro isə lirə qarşısında 0.17% dəyər qazanaraq 17.52 lirə olub.
Əlavə edək ki, ABŞ-da inflyasiya rəqəmləri gözləniləndən yüksək olduğundan dolların məzənnəsindəki volatillik artıb.