Azərbaycanda benzin bahalaşdı

00:18 - 13 İyul 2022 - İQTİSADİYYAT

Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib.

Ucnoqta.az xəbər verir ki, “Aİ-95” premium markalı benzin 0,4 manat bahalaşıb. Məlumata gprə, yeni satış qiyməti 2 manatdır.

Litri 1,6 manatdan satılan benzinin qiymətinin artmasına səbəb isə dünya bazarlarında müşahidə olunan qiymət artımıdır.

Belə ki, “Aİ-95” premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Məhsulun idxal dəyərinin artması onun ölkəmizdəki satış qiymətlərinin də artmasına səbəb olub.

Xəbər xətti