Dollar avro qarşısında bahalaşıb
14:47 - 12 İyul 2022 - İQTİSADİYYAT
ABŞ dolları çərşənbə axşamı Avropa ticarətində son 20 ilin ən yüksək səviyyəsinə qalxıb.
Ucnoqta.az xəbər verir ki, EUR/USD məzənnəsi 0.31% azalaraq 2002-ci ilin dekabrından bəri ilk dəfə 1.0009 səviyyəsinə enib.
Məlumata görə, avronun məzənnəsinin paritetə yaxınlaşması Avropanın enerji ilə bağlı narahatlıqları və tüğyan edən inflyasiyanın qarşısını almaq üçün monetar siyasətini sərtləşdirən ABŞ-nin Federal Ehtiyat Sisteminin daha aqressiv faiz artımı ilə bağlıdır. Belə ki, FED iyun ayında uçot dərəcəsini 75 baza bəndi artırıb ki, bu da 1994-cü ildən bəri ən böyük dərəcə artımıdır. ABŞ-da inflyasiyanın artmasının dolların bahalaşmasına təkan verəcəyi gözlənilir.