Azərbaycan nefti kəskin bahalaşdı

11:17 - 8 İyul 2022 - İQTİSADİYYAT

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

Ucnoqta.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4,46% artaraq, 119,72 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Xəbər xətti