SOCAR-ın 21 milyarddan çox borcu var

10:56 - 8 İyul 2022 - İQTİSADİYYAT

31 Dekbar 2021-ci il tarixinə SOCAR-ın ümumi borcları 21 milyard 366 milyon manat təşkil edib.

Ucnoqta.az xəbər verir ki, şirkətin illik maliyyə hesabatından aydın olur ki, 2020-ci ilin sonu ilə müqayisədə 2021-ci ildə SOCAR-ın cəmi borcu 4 milyard 237 milyon manat və ya 24,7% artıb.

31 Dekbar 2020-ci il tarixində SOCAR-ın ümumi borcları 17 milyard 129 milyon manat təşkil etmişdi. 

SOCAR-ın 21 milyard 366 milyon manat borclarının 15 milyard 501 milyon manatını uzunmüddətli, 5 milyard 865 milyon manatını qısamüddətli borclar təşkil edib. Qısamüddətli borclar 2022-ci ilin sonunadək ödənilməlidir. Uzunmüddətli borcların son ödəniş tarixləri 2023-2030-cu illərdədir. 

Xəbər xətti