Valyuta hərracı keçirilib - Dollara təlabat artıb

13:13 - 7 İyul 2022 - İQTİSADİYYAT

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Ucnoqta.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 39 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 1,3% artıb.

Xəbər xətti