ABŞ Federal Ehtiyat Sistemi (FRS) ölkədə yüksək inflyasiya ilə mübarizə aparmaq üçün iyulun sonunda baza faiz dərəcəsini 50 və ya 75 baza bəndi artıra bilər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Federal Ehtiyat Sisteminin məlumatında bildirilir.
“Qarşıdakı iclaslarda iştirakçılar komitənin məqsədlərinə (inflyasiya hədəfi 2% - Red) nail olmaq üçün uçot dərəcəsinin davamlı artırılmasının məqsədəuyğun olacağını gözləməkdə davam edirlər. Xüsusilə, iştirakçılar növbəti iclasda 50 və ya 75 baza bəndi dərəcəsinin artırılmasının məqsədəuyğun olacağını bildiriblər”-, məlumatda deyilir.