Neft qiymətləri bu ilin sonuna kimi 65 dollaradək azala bilər

13:11 - 5 İyul 2022 - İQTİSADİYYAT

Amerikanın “Citigroup” bankının analitikləri hesab edirlər ki, 2022-ci ilin sonunadək “Brent” markalı neftin bir barelinin qiyməti 65 dollara, 2023-cü ilin sonunda isə tələb azalarsa 45 dollara düşə bilər.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. “Tarix boyu neftə tələb dünyada baş verən böyük tənəzzüllər zamanı azalır. Lakin neftin qiyməti tənəzzül zamanı təqribən marjinal dəyərə düşür”, - deyə məlumatda bildirilib. Ekspertlər qeyd ediblər ki, proqnozlaşdırılan ssenari “OPEC+” ölkələrinin neft bazarlarına müdaxilə etməməsi, həmçinin neft resurslarına investisiyaların azalması zamanı baş verə bilər.

Qeyd edək ki, bu günə olan məlumata görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 113 dollar ətrafındadır.

 

Xəbər xətti