Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 39 586 borcalana 2 milyard 214,696,069 milyon manat kredit verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Fonddan bildirilib. Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 312,411,000 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 1 678 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.