Neft qiymətində ziqzaqvari dəyişiklik

12:29 - 4 İyul 2022 - İQTİSADİYYAT

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,01 dollar azalaraq 111,62 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,07 dollar ucuzlaşaraq 108,36 dollar olub.

Ucnoqta.az xəbər verir ki, amma sonra qiymətdə müəyyən artım qeydə alınıb. Saat 12:08-ə olan məlumata görə, Brent markalı neftin barreli  112,31 dollara satılır

Bu arada məlum olub ki. İran Çində Rusiya ilə rəqabət aparmaq üçün öz neftinin qiymətini aşağı salıb.Rusiyanın Çin bazarında daha çox üstünlük təşkil etdiyi üçün İran qiymətləri daha da aşağı salmağa məcburdur. Treyderlər İran neftini Ural yükləri ilə eyniləşdirmək üçün Brent fyuçerslərinin qiymətinin 10 dollardan bir qədər aşağı olduğunu bildiriblər

Vanda Insights-a görə, "İran və Rusiya barelləri arasında yeganə rəqabət Çində ola bilər ki, bu da tamamilə Pekinin xeyrinədir".

Xəbər xətti