Azərbaycanlı qadın Rusiyada iki azyaşlı uşağı ilə intihar etdi (YENİLƏNİB)

18:55 - 30 İyun 2022 - HADİSƏ

Rusiyada iki azyaşlı övladı ilə birgə intihar edən anayla bağlı yeni faktlar məlum olub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, intihar edən ana Azərbaycanın Zaqatala rayonundandır.

Onlar 6 il əvvəl Rusiyaya köçüblər. Ailənin başçısı xırda bizneslə məşğul olub, ana isə evdar xanım imiş.

Bir qədər əvvəl ailə üzvləri Rusiya vətəndaşlığı alıb. 

İntihar edən ana və övladlarının nəşi yaxın günlərdə Azərbaycana gətiriləcək və doğulduqları Zaqatala rayonunda torpağa tapşırılacaqlar.

16:30

Rusiyanın Volqoqrad şəhərində yaşayış binasında qadın iki azyaşlı uşağı ilə binanın 16-cı mərtəbəsindən özünü atıb.


Ucnoqta.az Rusiya mediasına istinadən xəbər verir ki, uşaqlardan birinin 6, digərinin 7 yaşı olub. Məlumata görə qadın əri ilə mübahisə etdikdən sonra bu addımı atıb. Belə ki, binanın həyətində uşaqları ilə gəzişən qadın onları məcbui olaraq yuxarı qaldırıb və oradan əvvəlcə uşaqları itələyərək aşağı atıb, sonra isə özü intihar edib. Bina sakinləri qadının gəlmə olduğunu deyiblər.

Qadının Azərbaycan əsilli olduğu bildirilir. 

Hazırda faktla bağlı araşdırma aparılır.

Xəbər xətti