Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

19:58 - 29 İyun 2022 - Xəbər

Cəlilabadda avtomobil qəzasında ölən şəxsin adı məlum olub.

APA-nın cənub bürosu xəbər verir ki, Göytəpə şəhərində baş verən qəzada dünyasını dəyişən şəxs rayonun Sabirabad kənd sakini, 2004-cü il təvəllüdlü Dünyamalı İslam oğlu Məmmədovdur.

Onun həmkəndliləri Ramal Əliyev və Aslan Abbasov isə xəstəxanaya yerləşdirilib. Mərhumun meyiti isə aidiyyəti üzrə təhvil verilib.

***

14:52

Cəlilabadda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosu xəbər verir ki, hadisə Göytəpə şəhərində qeydə alınıb. "VAZ-2107" və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində bir sərnişin ölüb. Xəsarət alan sürücülər isə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti