Şagirdlərə dini mahnı oxudan müəllimə şiddətli töhmət verildi - Video

18:28 - 28 İyun 2022 - Cəmiyyət

Mərkəzi Aran Regional Təhsil İdarəsi Yevlaxda orta məktəbdə müəllimin şagirdlərə dini mahnı oxutduğu görüntülərlə bağlı açıqlama yayıb.

Təhsil İdarəsindən Ucnoqta.az-a verilən görə, hadisə Yevlax şəhər 1 nömrəli tam orta məktəbdə baş verib.

"Məktəbin riyaziyyat müəllimi dərsdən sonra 4 uşağa dini mahnı oxudaraq onları videolentə alıb. Məsələ ilə bağlı araşdırma aparılıb və məktəbdə təlim-tərbiyə prosesini, idarəetməni düzgün təşkil etmədiyinə görə təhsil müəssisəsinin direktoruna töhmət verilib. Həmçinin tədris proqramına və fənninə aid olmayan materialları təbliğ etdiyinə görə müəllimə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib", - İdarədən qeyd edilib.

 

Xəbər xətti