Qəbələ sakini tüfənglə özünü öldürdü

11:36 - 26 İyun 2022 - HADİSƏ

Qəbələ rayonunda intihar hadisəsi olub.

APA-nın xəbərinə görə, rayonun Tüntül kəndində yaşayan 1965-ci il təvəllüdlü Əzizov Murad Namət oğlu ov tüfəngindən atəş açaraq özünü güllələyib. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

 

Xəbər xətti